İtaliyalı hücumçu Mario Balotelli karyerasını Yaxın Şərqdə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Canluka Di Marsio yayıb.

Bildirilir ki, təcrübəli hücumçu Dubayın "Əl-İttifaq" klubuna transfer olunmağa razılıq verib.

35 yaşlı futbolçu 2025-ci ilin iyul ayında "Cenoa"dan ayrıldıqdan bəri komandasız qalıb. Bir neçə aylıq fasilədən sonra Balotelli hazırda ölkənin ikinci ən güclü divizionu olan Səudiyyə Ərəbistanı Premyer Liqasının sonuncu pilləsində qərarlaşan "Əl-İttifaq"la iki il yarımlıq müqavilə imzalayıb.

Transferin rəsmi olaraq 12 yanvarda başa çatacağı gözlənilir. 2025-ci ilin payızında vəzifəyə başlayan klubun yeni prezidenti Pietro Laterza Balotellinin keçidi ilə bağlı ilk transfer qərarını verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest