"İnter"in hücumçusu və kapitanı Lautaro Martines dekabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionatının elit divizionunun mətbuat xidməti məlumat yayıb.

Dekabr ayında "İnter" A Seriyasında üç oyun keçirib ("Komo", "Cenoa" və "Atalanta"ya qarşı) və hər üçündə qələbə qazanıb. Martines hər üç oyunda bir qol vurub və "Cenoa"ya qarşı matçda bir məhsuldar ötürmə edib.

28 yaşlı argentinalı futbolçu dekabr ayının oyunçusu mükafatı uğrunda Rasmus Geilun ("Napoli"), Kristian Pulişiç ("Milan"), Canluka Skamakka ("Atalanta"), Nikola Vlasiç ("Torino") və Kenan Yıldızı ("Yuventus") qabaqlayıb.

"İnter"in baş məşqçisi Kristian Çivu da dekabr ayı üçün çempionatın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, "İnter" hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir və Martines liqanın ən yaxşı bombardiri adı uğrunda mübarizə aparır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest