"Vest Hem" yarımmüdafiəçisi Lukas Paketanın "Flamenqo"ya keçməsi üçün transfer haqqını azaltmağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, ingilis klubu əvvəlcə oyunçuları üçün təxminən 50 milyon avro istəyirdilər, lakin bu rəqəm "Flamenqo" üçün çox yüksək olub.
Nəticədə London klubu braziliyalı üçün "Flamenqo"nun da ödəyə biləcəyi 35 milyon avronun ədalətli qiymət olacağı qənaətinə gəlib.
Eyni zamanda, "Vest Hem" rəhbərlərliyi yarımmüdafiəçi ilə maraqlandığını bildirən "Tottenhem"dən də təkliflər gözləyir.
Paketa 2022-ci ilin yayından "Vest Hem"də oynayır və bu mövsüm bütün turnirlərdə 19 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir və "Trasnfermarkt" portalında dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.











_1768406186.jpg)
