14 Yanvar 2026, 21:04
FUTBOL
İngilis yarımmüdafiəçi Konor Qallaher "Atletiko"dan ayrılaraq "Tottenhem"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı London klubunun mətbuat xidməti yayıb.
Bildirilir ki, yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
Konor Qallaher Londonun "Çelsi" akademiyasının yetirməsidir. O, 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm Madrid klubunun heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qallaqer karyerası ərzində Premyer Liqada 136 oyunda meydana çıxıb, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.











_1768406186.jpg)
