"Fiorentina"nın yeni idman direktoru Fabio Paratiçi olacaq.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssis vəzifəsinin icrasına fevralın 4-də başlayacaq. O vaxta qədər o, "Tottenhem"də oxşar vəzifəni tutmağa davam edəcək.

Xatırladaq ki, Fabio Paratiçinin "Yuventus"da olduğu müddətdə maliyyə pozuntularına görə 30 aylıq cəzası 20 iyul 2025-ci ildə başa çatıb. Bu qadağa səbəbindən o, 2023-cü ildə "Tottenhem"dəki vəzifəsindən ayrılmaq məcburiyyətində qalıb. Ötən ilin oktyabr ayında Paratiçi "Tottenhem"in sükanı arxasına qayıdıb.

Qeyd edək ki, "Fiorentina" hazırda 20 oyundan 14 xalla A Seriyasının turnir cədvəlində 18-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest