"Real"In müdafiəçisi David Alaba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" İspaniya klubunda əsas heyətə düşə bilməyən futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhəngi La Liqa nəhəngi ilə 6 aylıq müqaviləsi qalan 33 yaşlı mərkəz müdafiəçisini yanvarda transfer etməyə çalışacaq.

Qeyd edək ki, David Alaba bu mövsüm "Real"ın heyətində 6 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest