16 Yanvar 2026, 14:40
FUTBOL
"Real" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Kral klubu"nun prezidenti Florentino Peres norveçli forvardı komandada görməyi xəyal edir. O, Haalandı klubun gələcəyi üçün vacib fiqur sayır.
25 yaşlı futbolçu özü "Real"da oynamağa isti yanaşır.
Qeyd edək ki, Erlinq Haaland bu mövsüm "Real"ın heyətində keçirdiyi 29 oyunda 26 qol vurub, 4 qol ötürməsi edib.












