"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş İngiltərə Premyer Liqasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

"Mançester Yunayted" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Səudiyyə Ərəbistanı klubu 28 yaşlı dayaq yarımmüdafiəçisi üçün 23 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Əl-Hilal" Ruben Neveşi 2023-cü ilin yayında "Vulverhempton"dan 55 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 21 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib. Onun klubla müqaviləsi yayda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest