"Vest Hem"in yarımmüdafiəçisi Qido Rodriqes karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentina millisinin üzvü "Valensiya"ya keçəcək. "Yarasalar" 31 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna təzminat ödəməyəcək. Təcrübəli futbolçu artıqq tibbi müayinədən keçib.

Qeyd edək ki, Qido Rodriqes bu mövsüm "Vest Hem"in hehyətində 8 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest