"Trabzonsspor"un müdafiəçisi Arseniy Bataqov karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

"Bornmut" ukraynalı futbolçunu transfer etmək istəyir. Super Liqa təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Arseniy Bataqov bu mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 22 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest