30 Yanvar 2026, 13:59
FUTBOL
"Aston Villa"nın futbolçusu Evann Qessan Premyer Liqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Kristal Pelas" Fil Dişi Sahili millisinin üzvünü icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub. 24 yaşlı vinger qısa zaman ərzində London təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Evann Qessan mövsümün əvvəlindən "Aston Villa"da çıxış edir. O, komandanın heyətində keçirdiyi 21 oyunda 2 qol vurub.

_1769777003.jpg)





_1769779370.jpg)




