"Aston Villa"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, komandanın liderlərindən olan Olli Uotkins sıradan çıxıb. İngiltərəli hücumçu UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turunun "Zalsburq"la matçında (3:2) bud əzələsindən zədə alıb.

Uotkinsin zədələnməsinə görə baş məşqçi Unay Emeri sərt tənqidlərə məruz qalıb. Belə ki, "Aston Villa" İsveçrə klubu ilə oyunun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqəni təmin edib. İspaniyalı mütəxəssis vacib əhəmiyyəti olmayan oyunda 30 yaşlı forvardı oynatdığı üçün tənqid olunur.

Qeyd edək ki, Olli Uotkins 2020-ci ilin yayından "Aston Villa"da çıxış edir. İngiltərə millisinin üzvü bu mövsüm Birmingem təmsilçisinin heyətində keçirdiyi 33 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest