İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə pley-offun bütün cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə pley-offun bütün cütlükləri müəyyənləşib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:

"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

"Monako" (Fransa) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

"Budo-Qlimt" (Norveç) - "İnter" (İtaliya)

"Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 17-18 fevral tarixlərində baş tutacaq. Cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest