04 Fevral 2026, 21:56
FUTBOL
"Everton"un müdafiəçisi Vitaliy Mikolenko karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Atletiko" ukraynalı futbolçunu heyətinə qatmaq istəyir. 26 yaşlı mərkəz müdafiəçisinin İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Madrid təmsilçisi yayda azad agent statusunda olacaq oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Vitaliy Mikolenko bu mövsüm "Everton"un heyətində 23 oyunda meydana çıxıb.












