"Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi".

"Kəpəz" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub mərhələni keçən tərəf biz olarıq.

- Növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?
- Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest