05 Fevral 2026, 11:52
FUTBOL
"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Kaza Piya"dan Renato Nhaqanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Sarı-qırmızılar" Qvineya-Bissau millisinin üzvü üçün Portuqaliya klubuna 6,5 milyon avro təzminat ödəyib. 18 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Renato Nhaqa bu mövsüm "Kaza Piya"nın heyətində keçirdiyi 21 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.


_1770296129.jpg)

_1770295112.jpg)



_1770290286.jpg)



