"Vulverhempton"un futbolçusu Con Arias Braziliyaya qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.

"Palmeyras" kolumbiyalı vingerin keçidini həll edib. Braziliya klubu 28 yaşlı oyunçu üçün Premyer Liqa təmsilçisinə 25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Vulverhempton" Con Ariası mövsümün əvvəlində "Fluminense"dən 17 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü "canavarlar"ın heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest