05 Fevral 2026, 11:33
FUTBOL
I Liqanın iddialı komandalarından olan "Mingəçevir" növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi Amil Yunanovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Təcrübəli forvard yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Amil Yunanpvun son klubu "Şəfa" olub.


_1770295112.jpg)



_1770290286.jpg)





