PSJ ulduzu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 8-ci turunun "Nyukasl"la oyununda aldığı zədədən sonra sağalıb.

Matc.az xəbər verir ki, gürcüstanlı oyunçuya sağ topuğunun burxulması diaqnozu qoyulmuşdu.

Kvaratsxeliya artıq komanda ilə məşqlərə qayıdıb və fevralın 8-də "Marsel" ilə keçiriləcək Liqa 1-in 21-ci tur matçı üçün heyətə daxil edilə bilər.

Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün yarışlarda 27 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest