08 Fevral 2026, 11:30
FUTBOL
Niderland Erediviziyasında 22-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "Zvolle" ilə üz-üzə gəlib
Qarşılaşma 1:2 hesabı ilə qonaqların qələbəsi ilə nəticələnib. Millimizin üzvü oyuna start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, aktivində 21 xalı olan "Volendam" turnir cədvəlində 15-ci sıraa qərarlaşıb.












