"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə olan marağını artırıb. Madrid klubu 29 yaşlı futbolçunu transfer etmək üçün ciddi addım atmağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, "Real" rəhbərliyi son mövsümlərdə heyətdə önə çıxan lider futbolçuların olmamasından narahatdır. Madridlilər Rodrini komandaya rəhbərlik edə və müdafiədə töhfə verə bilən bu rol üçün uyğun adam hesab edir.
Yarımmüdafiəçi və "Siti" klubu yaxın aylarda müqavilənin uzadılmasını müzakirə etməyi planlaşdırır, lakin ispaniyalı futbolçu doğma şəhəri Madridə qayıtmaq imkanını da nəzərdən keçirir.
Qeyd edək ki, bu mövsüm Rodri bütün yarışlarda 18 oyunda meydana çıxıb və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.












