"Liverpul" İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Vest Hem"i qəbul edəcək.

Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Florian Virts komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Arne Slot məlumat verib. O, almaniyalı yarımmüdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağını bilmədiyini deyib.

Virts bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 35 oyunda 6 qol vurub, 8 qol ötürməsi edib.

Qeyd edək ki, "Liverpul" -"Vest Hem" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest