Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) VAR-ın səlahiyyətlərinin genişləndirilməsi də daxil olmaqla, futbol qaydalarına bir sıra dəyişikliklər edib. Video köməkçi hakimlər ikinci sarı vərəqələrlə bağlı vəziyyətlərə müdaxilə edə biləcəklər.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
VAR hakimləri həmçinin meydandakı hakimin oyunçuları səvh saldığı hallarda verilən sarı və ya qırmızı vərəqələri yenidən nəzərdən keçirə biləcəklər. Dəyişikliklər 2026/2027 mövsümündən etibarən qüvvəyə minəcək və 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya kubokunda tətbiq olunacaq.
Qeyd olunur ki, FIFA VAR-ın səlahiyyətlərinin genişləndirilməsini müdafiə edib, lakin bəzi liqaların nümayəndələri isə oyunda fasilələrin sayını artıra biləcək tədbirlərin qəbuledilməz olduğunu bildiriblər.












