UEFA 2025-ci il üçün Avropa klublarının maliyyə və investisiyaları ilə bağlı hesabat dərc edib. Sənədə görə, "Real" iki maliyyə rekordu qırıb.
UEFA 2025-ci il üçün Avropa klublarının maliyyə və investisiyaları ilə bağlı hesabat dərc edib. Sənədə görə, "Real" iki maliyyə rekordu qırıb.
Matc.az xəbər verir ki, Madrid klubunun kommersiya gəliri 568 milyon avroya çatıb. Dünya futbolunda bu rəqəm ilk dəfə 500 milyon avronu keçib.
"Barselona" kommersiya gəliri üzrə 499 milyon avro ilə ikinci yeri tutub. "Mançester Yunayted" isə 384 milyon avro ilə üçüncü olub.
"Real" həmçinin bir oyun günündə 200 milyon avrodan çox qazanan ilk klub olub. Bilet gəliri 222 milyon avro təşkil edib.
"Arsenal" 183 milyon avro ilə ikinci, PSJ isə 175 milyon avro ilə üçüncü yeri tutub.












