28 Fevral 2026, 11:55
FUTBOL
"Arsenal" "Nyukasl"ın cinah oyunçusu Entoni Qordonu 75 milyon funt-sterlinqə (85,5 milyon avro) almaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, "topçular" 25 yaşlı cinah oyunçusu uğrunda mübarizədə "Liverpul" və "Mançester Yunayted"i qabaqlayır. Qordonun London klubuna potensial transferi hücumçu Qabriel Martinellinin getməsi deməkdir.
Qordon 2023-cü ilin yanvar ayından "Nyukasl"da çıxış edir. Bu mövsüm hücumçu bütün yarışlarda 38 oyunda meydana çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.












