28 Fevral 2026, 12:33
FUTBOL
"Mançester Siti" "Real"ın cinah oyunçusu Vinisius Juniorun müqavilə vəziyyətini yaxından izləyir. Klub braziliyalı futbolçunu komandaya qoşulmağa razı salmağa ümid edir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, ingilis klubu Vinisiusa maaş limiti səbəbindən "Real"ın təmin edə bilmədiyi müqavilə şərtlərini təklif edə bilər. Vurğulanır ki, "Mançester Siti" cinah oyunçusunu Madrid klubu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməməyə razı sala bilər.
Bu mövsüm Vinisius bütün yarışlarda 37 oyunda meydana çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt"da futbolçunun dəyəri 150 milyon avrodur.












