"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Yuventus"a keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Tərəflər transfer müqaviləsinin razılşdırılmasına yaxınlaşıblar, lakin bu, Türkiyə klubunun "Napoli" ilə olan müqaviləsi ilə çətinləşir. Qeyd edilən müqaviləyə əsasən, hücumçu İtaliya klubuna keçərsə, "Qalatasaray" təzminat ödəməli olacaq.

Müqavilədəki bəndin 1 sentyabr 2027-ci ilə qədər qüvvədə olduğu bildirilir. Təzminatın hazırda 70 milyon avro olduğu, lakin gələn mövsüm 50 milyon avroya endiriləcəyi qeyd edilir. "Napoli" həmçinin gələcək satışdan 10% pay alacaq.

Turin klubu hazırda bəhs edilən təzminatın ödənilməməsi variantlarını araşdırır.

Xatırladaq ki, nigeriyalı yayda "Napoli"dən "Qalatasaray"a 75 milyon avroya keçib. Hücumçu 4 illik müqavilə imzalayıb. Müqavilədə hər mövsüm 15 milyon avro xalis maaş və 6 əlavə bonuslar nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest