Mərakeş milli komandasının yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Afrika təmsilçisi Məhəmməd Uahbi ilə anlaşıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Belçikalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Uahbi bundan əvvəl Mərakeşin U-20 yığmasını çalışdırıb.

Qeyd edək ki, Mərakeş millisinin əvvəlki baş məşqçisi Valid Reqrari idi. Komanda yayda keçiriləcək dünya çempionatında iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest