10 Mart 2026, 15:35
FUTBOL
"Real"ın futbolçusu Rodriqo əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.
Braziliyalı vingerin sağ dizindəki ön çarpaz bağ və yan menisk yırtıqlarının bərpası əməliyyatı uğurlu keçib. 25 yaşlı oyunçu yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq.
Braziliya millisinin üzvünün yaşıl meydanlara 2027-ci ilin əvvəlində qayıdacağı ehtimal olunru.
Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.












