"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo karyerası ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o karyerasının sonunun yaxınlaşdığını deyib.

"Karyeramın sonu yaxınlaşır... gəlin hər matçdan zövq alaq. Mən təkcə bu nəsil üçün deyil, həm də əvvəlki və sonrakı nəsil üçün oynamağa davam edirəm. Karyeramın sonuna yaxınlaşsam da, günbəgün, oyundan-oyuna, ildən-ilə bundan zövq alıram. Bu, bir faktdır.

Karyeram parlaq olub və onu belə davam etdirmək istəyirəm. Hələ də bundan zövq alıram, qol vurmağa davam edirəm... amma hər şeydən əvvəl ən vacib şey qələbə qazanmaqdır. Və biz həqiqətən çempionluğu qazanmaq istəyirik".

Xatırladaq ki, dünən Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-Əqli"yə qarşı (2:0) peşəkar karyerasının 970-ci qolunu vurub.

Kriştiano bu mövsüm fenomenal qol vurma qabiliyyəti nümayiş etdirir. 41 yaşlı hücumçu bütün yarışlarda 32 matçda 27 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest