Mövsümün sonunda "Fənərbaxça"dan ayrılacağı açıqlanan Məhəmməd Salah karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Fənərbaxça" misirli ulduzu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi artıq Salahla ilkin danışıqlara başlayıb. Türkiyə klubu 33 yaşlı vingerə illik 18 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, Məhəmmə Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest