"Fənərbaxça" "Milan"ın hücumçusu Kristofer Nkunkunu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Corriere Dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubu fransalı forvardı yayda satmağı planlaşdırır. A Seriyası nəhəngi Nkunkuya 30 milyon avro qiymət qoyub. "Fənərbaxça" 28 yaşlı futbolçu üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm "Milan"In heyətində keçirdiyi 31 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest