24 Mart 2026, 13:33
FUTBOL
"Barselona" mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Reşfordun transfer hüquqlarına yiyələnməyəcək.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kataloniya təmsilçisi ingiltərəli vinger üçün 30 milyon avroluq satınalma məbləğini ödəmək istəmir. Klub Reşfordun əvəzinə yayda "Malyorka"ya satdığı Yan Vircilini qaytarmağı planlaşdırır.
Qeyd edək ki, Markus Reşford "Barselona"nın heyətində keçirdiyi 39 oyunda 10 qol vurub, 13 assist edib. Yan Vircili isə "Malyorka" forması ilə 25 matça çıxıb və 6 qol ötürməsi ilə yadda qalıb.


_1774361809.jpg)






_1692637766.png)


