"Atletik" mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Ernesto Valverdeyə əvəzləyici tapıb.

Matc.az xəbər verir ki, Bilbao təmsilçisi baş məşqçi postuna Edin Terziçi gətirmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Artıq almaniyalı mütəxəssislə danışıqlar başlayıb. 43 yaşlı məşqçi özü də La Liqa klubunda çalışmağa isti yanaşır.

Qeyd edək ki, Edin Terziçin son iş yeri 2024-cü ilin yayında ayrıldığı Dortmund "Borussiya"sıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest