"Real" Kriştiano Ronaldonun oğlunu klubun akademiyasına qəbul etmək niyyətində deyil.
Matc.az xəbər verir ki, bu barədə məlumatı COPE paylaşıb.
Bildirilir ki, Ronaldonun 15 yaşlı oğlu bu yaxınlarda "Real"ın 16 yaşadək futbolçular komandasında məşq edib. Hazırda o, "Əl-Nəsr"in gənclər komandasında, atası isə Səudiyyə Ərəbistanı klubunun əsas komandasında oynayır.
Madrid klubu kiçik Kriştiano ilə müqavilə bağlamağı düşünmür. Yaxın Şərqdəki çətin vəziyyət səbəbiylə "Əl-Nəsr"in akademiyasına gedə bilmədiyinə görə, ona fiziki formasını qorumaq üçün akademiyadakı həmyaşıdları ilə məşq etməyə icazə verilib. Ronaldo ailəsi hazırda Madriddədir.
Qeyd edək ki, Kriştiano Ronaldo 2009-cu ildən 2018-ci ilə qədər "Real"da oynayıb. O, Madrid klubunda bütün yarışlarda 438 oyun keçirib, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.












