25 Mart 2026, 09:20
FUTBOL
"Bayer" cinah oyunçusu Natan Tella ilə müqavilənin uzadıldığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu Almaniya klubuna 2023-cü ilin yayında qoşulub. Bu mövsüm Natan bütün yarışlarda 16 oyun keçirib və 3 məhsuldar ötürmə edib.












