26 Mart 2026, 10:15
FUTBOL
Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını ABŞ-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.
"İnter Mayami" misirli vingeri heyətinə qatmaq istəyir. MSL təmsilçisi yaxın vaxtlarda 33 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 9 qol ötürməsi edib.












