"Borussiya" ilə müqaviləsi mövsümün sonunda başa çatan Yulian Brandt bir çox klubun transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Aston Villa", "Roma" və "Fənərbaxça" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Hər üç klub yayda azad agent statusunda olacaq Brandtla danışıqlara başlamağı planlaşdırır.

29 yaşlı hücumameyilli yarımmüdafiəçi özü də karyerasını Almaniyadan kənarda davam etdirməyi düşünür.

Qeyd edək ki, Yulian Brandt bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest