"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub artıq ingiltərəli yarımmüdafiəçi ilə razılıq əldə edib. 20 yaşlı futbolçunun gələn il başa çatmalı olan sözləşməsi 2031-ci ilin yayına kimi artırılacaq.

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 24 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest