"Yuventus" "Liverpul"un qapıçısı Alisson Bekeri transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

İngiltərə klubu braziliyalı qolkiperi satmaq ehtimalını nəzərdən keçirə bilər. Mersisayd təmsilçisi 15 milyon avroluq təklifi dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, Alisson Beker bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 34 oyunda qapısından 36 qol buraxıb. 33 yaşlı "əlcək sahibi"nin klubla müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest