26 Mart 2026, 10:58
FUTBOL
"Yuventus" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Turin təmsilçisinin əsas hədəfi "Brentford"da çıxış edən Maykl Kayodedir. Bu barədə "Calciomercaro" məlumat yayıb.
Premyer Liqa klubu italiyalı futbolçunu satmağın əleyhinə deyil. Onlar İtaliya millisinin üzvü olan 21 yaşlı sağ cinah müdafiəçisi üçün 30 milyon avro tələb edirlər.
Qeyd edək ki, Maykl Kayode bu mövsüm "Brentford"un heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












