26 Mart 2026, 17:59
FUTBOL
Fransa milli komandasının hücumçusu Kilian Mbappe Braziliya ilə yoldaşlıq oyunu öncəsi Neymarın heyətdə olmamasını şərh edib.
Matc.az xəbər verir ki, "Real"ın forvardı PSJ-dəki keçmiş komanda yoldaşı olmadan dünya çempionatını təsəvvür etməyin onun üçün çətin olduğunu deyib:
“Dünya çempionatı ulduzların yarışıdır. Bütün ulduzlar burada olur və mənim fikrimcə, Neymar ən böyük ulduzlardan biridir. Neymar olmadan dünya çempionatını təsəvvür edə bilmirəm. Amma sonda keçmiş məşqçim Karlo Ançelottinin qərarına qarşı çıxa bilmərəm. Onun qərarına hörmət etməliyəm”.
Qeyd edək ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santon"da çıxış edən Neymarı yoldaşlıq oyunları üçün heyətə daxil etməyib.

_1774552288.jpg)







_1774531527.jpg)
_1774529866.jpg)

