Azərbaycan millisinin kapitanı Emin Mahmudov “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəkləri oyun haqqında danışıb.

Matc.az xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:

"Bu, bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı çıxış edək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik".

O, matçın çətinliyi barədə bunları söyləyib: "Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun, qalib gəlməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest