31 Mart 2026, 14:21
FUTBOL
İcarə əsasında "Nottingem Forest"də çıxış edən Lorentso Lukka İtaliyaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Bolonya" müqavilə ilə "Napoli"yə məxsus olan italiyalı hücumçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi 25 yaşlı forvard üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Nottingem Forest" Lorentso Lukkanı yanvarda icarəyə götürüb. İtaliya millisinin üzvü "qırmızılar"ın heyətində keçirdiyi 7 oyunda 1 qol vurub.







_1774961532.jpg)


_1774956965.jpg)

