"Arsenal"ın sabiq futbolçusu Aaron Remzi karyerasını başa vurub.

Matc.az xəbər verir ki,uelsli yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

Remzi 35 yaşında peşəkar futbolla vidalaşıb. O, karyerasını məşqçi kimi davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Aaron Remzi "Kardiff", "Nottingem Forest", "Arsenal", "Yuventus", "Reyncers", "Nitsa" və "UNAM Pumas"ın formasını geyinib. Təcrübəli oyunçu Uels millisinin heyətində keçirdiyi 86 matçda 21 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest