07 Aprel 2026, 15:20
FUTBOL
"Beşiktaş"ın yarımmüdafiəçisi Vilfred Ndidi sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçu Super Liqanın XXVIII turunun "Fənərbaxça" ilə matçında (0:1) zədələnib. 29 yaşlı oyunçunun ayaq əzələsində gərilmə aşkarlanıb.
Qeyd edək ki, Vilfred Ndidi bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












