"Atletiko" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Barselona"nın qonağı olacaq.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Markos Lyorente oyundan əvvəl UEFA-nın mətbuat xidmətinə açıqlama verib.31 yaşlı futbolçu məqsədlərindən birinin bu turnirin qalibi olmaq olduğunu deyib:
"Bir neçə ay əvvəl həyat yoldaşımla məni futbol oynamağa davam etməyə nəyin motivasiya etdiyini müzakirə etdik. Mənim üçün vacib məqsədlərdən biri Çempionlar Liqasını qazanmaqdır. Məhz bu, hər səhər ayağa qalxmağıma səbəb olur. İnsan həyatda qarşısına böyük hədəflər qoymalıdır. Bu da onlardan biridir. Bu məqsəd mənə daha çox çalışmaq üçün stimul verir.
Düşünürəm ki, biz Çempionlar Liqasında əla mövsüm keçiririk. Komanda çox yaxşı oyun nümayiş etdirir. Vurduğumuz qolların statistikası da bunu təsdiqləyir. Bu möhtəşəm turnirdə irəliləməyə qətiyyətliyik. Ümid edirəm ki, növbəti mərhələyə yüksələ biləcəyik. Rəqibinin kim olmasının fərqi yoxdur. Çünki vəziyyət olduğu kimidir. "Barselona" inanılmaz komandadır və möhtəşəm oyunçulara malikdir. Əgər onlara qarşı yaxşı oyun göstərməsən, səni sadəcə məhv edərlər. Biz bunu kubok oyununda gördük. Cavab matçı çox çətin keçdi".












