"Yuventus" və Serbiya millisinin aparıcı hücumçusu Dusan Vlahoviç yeni zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vlahoviç baldırından zədələnib. Həkimlər hücumçunun sağalmasının təxminən 3 həftə çəkəcəyini proqnozlaşdırırlar.

Beləliklə, Vlahoviç ötən ilin dekabr ayında omba əməliyyatından sonra sağalandan bəri cəmi bir oyun keçirib. 26 yaşlı hücumçu əməliyyat səbəbindən 3 aydan çox müddətə meydandan kənar qalıb.

Vlahoviç bu mövsüm "Yuventus"un heyətində bütün yarışlarda 18 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Serb futbolçunun müqaviləsi cari mövsümün sonuna qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest