"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Donyell Malenin transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

A Seriyası klubu Niderland millisinin hücumçusu üçün 25 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, Donyell Malen bu ilin fevralından "Roma"da çıxış edir. 27 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində keçirdiyi 14 oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest