14 Aprel 2026, 12:50
FUTBOL
"Milan" "Vest Hem"dən icarəyə götürdüyü Niklas Füllkruqla bağlı qərar verib.
Matc.az xəbər verir ki, A Seriyası nəhəngi almaniyalı forvardın transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Rossonerilər" Fülkruq üçün 5 milyon avroluq satınalma bəndini işə salmayacaq. 33 yaşlı forvard mövsüm başa çatdıqdan sonra "Vest Hem"ə qayıdacaq.
Qeyd edək ki, Niklas Fülkruq bu ilin fevralından "Milan"da çıxış edir. Təcrübəli futbolçu komandanın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub.












